Xəbər lenti

Ramiz Mehdiyevin gəlininin yerinə yeni təyinat (FOTO)
Ölkə 18:42 17.11.2025

Ramiz Mehdiyevin gəlininin yerinə yeni təyinat (FOTO)

Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikasında yeni kadr təyinatı olub.

Qaynarinfo Manset.az-a istinadən xəbər verir ki, klinikanın müalicə işləri üzrə direktor müavini vəzifəsinə tibb üzrə fəlsəfə doktoru Tamara Sayad qızı Quliyeva təyin edilib.

O, bu təyinata qədər Onkologiya Klinikasının Poliklinika və diaqnostika şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl həmin vəzifəni Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva tuturdu. O, qayınatası dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunduqdan sonra vəzifəsindən azad olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->