Xəbər lenti

Rəhbərlik etdiyi qurumun borcuna görə bu məmura
Ekonomiks 16:30 15.12.2025

Rəhbərlik etdiyi qurumun borcuna görə bu məmura "stop" qoyuldu

Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) sədri Elçin Həsənovun ölkədən çıxışı məhdudlaşdırılıb. 

Qaynarinfo-nun məlumatına görə, Bakı Kommersiya Məhkəməsinin hakimi Fərid Hətəmzadə bununla bağlı qətnamə çıxarıb.

İş mateteriallarından aydın olur ki, MKTB-nin dövlət büdcəsinə 523 624,20 manat borcu olub. Borc ödənilmədiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək borc ödənilnədək Elçin Həsənova "stop” qoyulmasını istəyib. 

Məhkəmə araşdırmasından sonra qurumun ərizəsi təmin edilib. 

Səbail Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Səbail MKTB-nin hazırda 1 335 501,92 manat vergi borcu var. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovdur. O, 2018-ci ildən rayona rəhbərlik edir. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->