Xəbər lenti

Ölkə 13:34 24.01.2024

Repetitorlar qiymətləri niyə artırıblar? (ŞƏRH)

Bu ilin ilk günlərindən repetitorlar xidmət haqqlarını bahalaşdırıb.
 
Qaynarinfo xəbər verir ki, aparılan monitorinqlər zamanı məlum olub ki, bu gün repetitorlar riyaziyyat fənnini 100-120 manata, Azərbaycan dili və ədəbiyyat fənnini 160-180 manata, tarixi 100 manatdan başlayan qiymətlərə hazırlayır. 

Araşdırmalar nəticəsində məlum olub ki, Bakı şəhərində bu gün 80 manata uşaq hazırlaşdıran repetitora rast gəlmək mümkün deyil. Əvvəlki illərlə müqayisədə repetitorlar xidmət haqqlarını ən azı 30 faiz artırıb. Yaranan mənzərə valideynləri çətin vəziyyətə düşür. 

Bəs, dövlət məktəbləri öz öhdəliklərini niyə layiqincə yerinə yetirə bilmirlər? 
 
Milli Məclisin deputatı Ceyhun Məmmədov Qaynarinfo-ya açıqlamasında məsələdən xəbardar olması və bir neçə dəfə münasibət də bildirdiyini qeyd edib:



"Hesab edirəm ki, biz istiqaməti repetitorlar fəaliyyətinin azaldılmasına yönəlmiş addımlar atmalıyıq. Dünyanın heç bir yerində repetitorlara bu  qədər geniş yer verilməyib. Sanki bu gün biz paralel  bir təhsil sistemi yaratmışıq. Ona görə bu məsələnin  həlli istiqamətində real addımlar atmalıyıq”. 

Deputat bildirib ki, burada ən önəmli məsələlərdən biri təhsilin keyfiyyətinin artırılmasıdır:

"Buna nail olmaq üçün əsas yol təhsilin keyfiyyəti və məzmunun artırılmasıdır. Keyfiyyət və məzmun  artırmaqla hesab edirəm buna nail ola bilərik.  Həqiqətən də bu valideynlər üçün ciddi çətinliklər yaradır. Ailədə bir neçə şagirdin repetitor yanına getməsi valideynləri ciddi əziyyətə salır. Ona görə  bu istiqamətdə ciddi addımlar atılmalıdır”. 

Deputat təhsilin yenidən məktəbə qaytarılmasının vacibliyini önə çəkir:

"O zaman bu günkü kimi kütləvi repetitora ehtiyac qalmayacaq”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->