Dünya 18:00 15.12.2022

Roma Papası Rusiyadan üzr istədi

Rusiya diplomatik kanallar vasitəsilə Roma Papası Fransiskin çeçenlər və buryatlar haqqında bəyanatına görə Vatikandan üzrxahlıq alıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib

Onun sözlərinə görə, məsələ bununla da bitib. Zaxarova qeyd edib ki, Rusiya tərəfi Vatikanla əlaqələrin konstruktiv inkişafına ümid edir.

"Bu bəyanatda xüsusilə belə deyilir: "Vatikan Dövlət Katibliyi Rusiya tərəfindən üzr istəyir. Müqəddəs Taxt-Tac Rusiyanın bütün xalqlarına, onların ləyaqətinə, inancına və mədəniyyətinə dərin hörmət bəsləyir", - Zaxarova deyib. 

Mariya Zaxarova qeyd edib ki, "müasir beynəlxalq ünsiyyətdə öz səhvlərini etiraf etmək bacarığı getdikcə azalır”. Onun sözlərinə görə, bu vəziyyət təsdiqlədi ki, Vatikanın dialoq çağırışlarının arxasında "bu dialoqu aparmaq və həmsöhbətləri dinləmək bacarığı dayanır, bu yanaşma səmimi hörmətə səbəb olur”.

Xatırladaq ki, noyabrın 28-də Ukraynadakı müharibəni şərh edən pontifik deyib ki, "bir qayda olaraq, bəlkə də ən qəddar, Rusiyadan olan, lakin rus ənənəsinə sadiq olmayan çeçenlər, buryatlar və s. xalqlardır”. Onun sözləri xüsusilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi, Rusiya Buddistlərinin XXIV pandito Xambo Lama rəhbəri Damba Ayuşeyev və Rusiya Müsəlmanları Ruhani Assambleyasının rəhbəri Müfti Albir Krqanov tərəfindən pislənib. Rusiyanın Vatikandakı səfiri buna etiraz edib.

Daha sonra Papa izah edibi ki, söhbət rus humanizmi ənənəsindən gedir. "Mən başa salmaq istədim ki, müharibənin qəddarlığı rus ruhundan irəli gəlmir. Mən həmişə rus xalqını xilas etməyə çalışmışam, çünki əminəm ki, onların böyük imkanları var”, - pontifik bildirib.

Nizami Bağırov