Xəbər lenti

Ronaldonun bacısından Messiyə atmaca
İdman 13:37 03.11.2023

Ronaldonun bacısından Messiyə atmaca

Portuqaliyalı superulduz Ronaldonun bacısı Katya Aveyro Messinin "Qızıl top" mükafatını qazanmasına reaksiya verib.

Qaynarinfo-nun məlumatına görə, o, İnstaqram hesabında Ronaldonun bir çox fərdi, o cümlədən beş "Qızıl top" mükafatı ilə poza verdiyi fotonun üzərində bir yazı paylaşıb. "Qazanıldı, verilmədi" Aveyro şərhini beş alqış emojisi ilə tamamladı.

Bu şəkil karyerası ərzində səkkizinci "Qızıl top"u qazanan Messiyə göndərmə kimi qəbul edilib. 

Ronaldo və Messi 2008-ci ildən başlayaraq on il ərzində "Qızıl top” mükafatlarının sahibi olublar. Bununla belə, Ronaldo 2017-ci ildə beşinci və sonuncu mükafatını qazanıb. Növbəti ildə (2018) isə mükafat Luka Modriçə verilib və Ronaldi ikinci olub. Daha sonra Messi bu mükafatı üç dəfə qazanıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->