Dünya 22:32 30.04.2022

“Rossiya 1”in canlı yayımında qalmaqal: Rusiya nüvə silahı ilə bu paytaxtları vura bilər

Rusiya ilə Ukrayna arasında fevralın 24-dən bəri müharibə davam edərkən, tez-tez gündəmə gələn nüvə silahı müzakirələri yenidən alovlanıb. 

Qaynarinfo "Haberler"ə  istinadən xəbər verir ki, müharibənin 66-cı günündə Rusiya dövlət televiziyası "Rossiya 1”in canlı yayımında müzakirə qalmaqal yaradıb.

Rusiyalı ekspertlər və moskvayönlü analitiklər xəritədə Avropanının nüvə raketləri ilə vurula bilən şəhərlərini göstərib. "60 dəqiqə” televiziya proqramında bildirilib ki, Rusiyadan atılacaq nüvə raketləri bir neçə saniyəyə Avropanın paytaxtlarına çata bilər. 

Xəritədə təyinat kimi göstərilən paytaxtlar bunlardır:

Berlin 106 saniyə
Parisə 200 saniyə
London 202 saniyə

Proqramda çıxış edən sağçı siyasətçi Aleksey Juravlyov deyib ki, "Sarmat” raketi göndərsək, Britaniya adaları deyə bir şey olmayacaq.
Xəritədə Rusiyadan göndərilən raketlərlə Avropada vurula biləcək hədəflər yer alıb. 

Verilişin qonağı olan başqa bir siyasətçi Avropanın da nüvə silahı ilə cavab verə biləcəyini söyləyərək, "Müharibə bu nöqtəyə gəlsə, heç kim sağ qalmaz” deyib. 

Juravlyov bu açıqlamadan sonra "Biz hər şeyi sıfırdan başlayırıq. Bizi dövlət terroru törətməkdə ittiham edirlər" deyə fikrini tamamlayıb.

Xəyal Abdullayev