Xəbər lenti

Ekonomiks 11:17 14.11.2023

Rubl və lirə dəyərsizləşir - Manatı nə gözləyir? (ŞƏRH)

"Rus rublu və lirənin ucuzlaşmasının Azərbaycana ciddi mənfi təsiri olmayacaq”.
 
Bunu Qaynarinfo-ya iqtisadçı ekspert Əkrəm Həsənov deyib. 

Onun sözlərinə görə, Türkiyə lirəsi ucuzlaşdıqca malların da qiyməti aşağı enir:

"Biz Türkiyədən çox mal alırıq. Bu baxımdan, bizə lirənin ucuzlaşması sərf edir. Amma Rusiyadan mal almaq bizə o qədər də sərf etmir. Çünki Rusiyada çoxlu azərbaycanlılar yaşayır, onlar Azərbaycana müəyyən köçürülmələr edir. Digər tərəfdən, biz özümüz Rusiyaya mal satırıq, xüsusən də kənd təsərrüfatı məhsulları göndəririk. Biz bu məhsulları rubla satırıq. Bu səbəbdən də rublun ucuzlaşması bizə sərf etmir”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->