Xəbər lenti

Dünya 15:24 21.03.2024

Rus neftinin əsas alıcısı Rusiyadan gələn tankerləri qəbul etməkdən imtina etdi

Dünyanın ən böyük neft emalı kompleksinin sahibi olan Hindistanın Reliance Industries şirkəti Rusiyanın Sovcomflot (SKF) şirkətinin tankerləri ilə gətirilən nefti qəbul etməkdən imtina edir.

Qaynarinfo xəbər verir ki, "Reuters"in materialında deyildiyi kimi, qərar ABŞ-ın sanksiyalarının tətbiqi ilə əlaqədar qəbul edilib.

"SKF Rusiya nefti üçün əsas tonaj tədarükçüsüdür. Onun tankerlərini qəbul etməkdən imtina 2022-ci ilin sonunda Qərb şirkətlərinin ölkədən getməsindən sonra Rusiya Federasiyasından dəniz yolu ilə neft daşımalarının əsas alıcısına çevrilən Hindistanda xammal satışına mənfi təsir göstərə bilər”, - materialda deyilir.

Bildirilir ki, "Sovkomflot” gəmiləri və sanksiyaya məruz qalan digər tankerlərin Hindistan limanlarına daxil olması ilə bağlı qərarı hakimiyyət orqanları verəcək. "Biz siyasi və kommersiya maraqlarımıza və ABŞ sanksiyalarına görə neft emalı zavodlarımızın sanksiyalara məruz qalan gəmilərdən neft qəbul etməməsinə üstünlük veririk”, - Hindistan hökumətindəki mənbə bildirib.

Materialda deyilir: "2023-cü ilin sonunda artıq üçdə birdən çox azalan Rusiya neftinin Hindistana tədarükü daha da azala bilər, çünki neftayırma zavodları Vaşinqtonun hər hansı mənfi reaksiyasından qaçmağa çalışır və "həddindən artıq ehtiyatlı davranır”.

Əvvəllər bildirilmişdi ki, Hindistan 2023-cü ilin yayında gündəlik 2,15 milyon barel Rusiya nefti alıb ki, bu da Rusiya Federasiyasından bütün dəniz neft ixracının təxminən yarısıdır.

Fevral ayında ABŞ Rusiyanın ən böyük gəmiçilik şirkəti Sovkomflot və Rusiya neftini daşıyan 14 neft tankerinə qarşı sanksiyalar tətbiq edib.

2024-cü ilin fevralında Hindistan Rusiyanın Sokol xam neftini almağı dayandırıb.

2024-cü ilin mart ayında Hindistanın Rusiya neftinin başqa çeşidlərini almağı dayandırdığı bildirilib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->