Xəbər lenti

Rusiya 42 Ukrayna PUA-sının Krıma hücum etdiyini açıqladı (VİDEO)
Dünya 10:15 25.08.2023

Rusiya 42 Ukrayna PUA-sının Krıma hücum etdiyini açıqladı (VİDEO)

Rusiya Müdafiə Nazirliyi avqustun 25-nə keçən gecə 42 pilotsuz təyyarənin ilhaq edilmiş Krıma hücum etməyə çalışdığını bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi "Telegram"da yazıb.

Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin ələ keçirilən yarımada üzərində 42 pilotsuz uçuş aparatını aşkar etdiyini iddia edir.

Bildirilir ki, Krım ərazisi üzərində 9 PUA-nın məhv edildiyi, daha 33-nün isə elektron vasitə ilə yatırıldığı, bundan sonra hədəfə çatmadan qəzaya uğradığı bildirilir.

Rusiyanın "Şot" "Telegram" kanalı Simferopol üzərində uçan pilotsuz təyyarələrdən birinin videosunu dərc edib.

Xatırladaq ki, işğal olunmuş Sevastopolun qondarma qubernatoru Mixail Razvojaev avqustun 25-nə keçən gecə bir neçə pilotsuz təyyarənin şəhərə hücum etməyə cəhd etdiyini, lakin Qara dəniz üzərində vurulduğunu bildirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->