Dünya 16:31 10.05.2022

Rusiya nüvə silahından istifadə edə bilər? - Sabiq XİN başçısı

İsveçin keçmiş xarici işlər naziri Karl Bildt Kreml rejiminin nüvə silahından istifadəyə gedə biləcəyinə şübhə edir.
 
Qaynarinfo xəbər verir ki, sabiq nazir bunu Ukrayna üzrə Arseni Yatsenyuk Fondunun təsis etdiyi Kiyev Təhlükəsizlik Forumunun onlayn müzakirəsi zamanı deyib. 
 
İsveç diplomatının fikrincə, Rusiyanın nüvə zərbəsi endirməsi ssenarisi "az ehtimal olunur”, çünki Kreml yalnız Rusiya Federasiyasının özünün və ya onun rejiminin ərazi bütövlüyünə xarici təhlükə yarandığı halda belə bir addım ata bilər.
 
"Mən bunun mütləq olacağını düşünmürəm, amma tamamilə istisna edə bilmərəm. Rejimin təhdid altında olduğunu və nüvə silahının fərq yarada biləcəyini görsələr, o zaman bunu edə bilərlər. Ukraynaya hörmətlə yanaşsaq da, düşünmürəm ki, Ukraynanın qələbəsi bu ölkənin Moskvanı alacağı anlamına gəlir. Buna görə də rejim üçün təhlükə daha çox Rusiya Federasiyası daxilindən gələ bilər, müxtəlif qruplar bir-biri ilə rəqabət apardıqda bir növ sosial gərginlik yaranacaq”, deyə Bildt izah edib.
 
Nizami Bağırov