İnternetdə Qara Dəniz Donanmasının komandanı admiral Viktor Sokolovun görüntüləri yayılıb. İddiaya görə, hərbçi Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə keçirilən Müdafiə Nazirliyinin iclasında iştirak edib.
Qaynarinfo
xəbər verir ki, bundan bir qədər əvvəl Ukraynanın Telegram kanalları Sokolovun Sevastopolda Qara Dəniz Donanmasının qərargahına pilotsuz təyyarənin hücumu zamanı öldüyü barədə xəbərlər yayılıb. Lakin məlumat heç bir dəlillə təsdiqlənməyib.
Daha sonra Rusiya Müdafiə Nazirliyi Sokolovun Rusiya Müdafiə Nazirliyinin kollegiyasının iclasında iştirakını əks etdirən kadrları dərc edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Qara dəniz donanması komandirinin ölümü ilə bağlı şayiələri şərh etməkdən imtina edib. "Xeyr, bu haqda Müdafiə Nazirliyindən heç bir məlumat olmayıb. Bu, yalnız onların müstəsna hüququdur”, - Peskov bildirib.
Sentyabrın 22-də Sevastopol qubernatoru Mixail Razvojayev Qara Dəniz Donanmasının qərargahına raket hücumu edildiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyi bir hərbçinin itkin düşdüyünü açıqlayıb.
Alpər
Şərhlər