Xəbər lenti

İdman 15:45 13.02.2024

Rusiya və Belarusun xokkey üzrə dünya çempionatında iştirakına yenə icazə verilmədi

Beynəlxalq Buzlu Xokkey Federasiyası (BBXF- IIHF) Rusiya milli komandasının beynəlxalq yarışlardan kənarlaşdırılmasının uzadılması qərarını açıqlayıb və bunu təhlükəsizlik məsələsi kimi əsaslandırıb.

Qaynarinfo bu barədə NV-yə istinadla xəbər verir. 

"IIHF Şurası Rusiya və Belarus milli və klub komandalarının IIHF-in himayəsi altında keçirilən yarışlara cəlb olunması ilə bağlı mövcud təhlükəsizlik risklərini nəzərdən keçirib. Diqqətli təhlil əsasında Şura Rusiya və Belarus komandalarının beynəlxalq yarışlara qaytarılmasının təhlükəli olduğu qənaətinə gəlib”, - IIHF-in bəyanatında deyilir.

Beləliklə, Rusiya və Belarus 2024/2025-ci il mövsümünün qarşıdakı yarışlarında, o cümlədən 2024 və 2025-ci il dünya çempionatında iştirak etməyəcək.

Xatırladaq ki, Beynəlxalq Xokkey Federasiyası 2022-ci ilin fevralında genişmiqyaslı işğala başladıqdan sonra Rusiya və Belarusun beynəlxalq turnirlərdə iştirakını dayandırıb.

Alpər


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->