Ölkə 12:10 05.11.2022

Rusiyada 15 nəfərin öldüyü kafenin sahibi azərbaycanlı deputat imiş (FOTO/VİDEO)

Rusiyanın Kostroma şəhərindəki "Poliqon” adlı kafedə güclü yanğın baş verib.

Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 15 nəfər ölüb. Bu barədə regional Fövqəladə Hallar Xidmətindən bildirilib.

İlkin məlumata görə, yanğın porotexnikadan istifadə nəticəsində baş verib: "Yanğın ov fişəngi havaya buraxıldıqdan sonra başlayıb”. 

Rusiya mediasının məlumatına görə, kafenin sahibi Kostroma vilayət dumasının "Vahid Rusiya” partiyasından deputatı, milliyətcə azərbaycanlı İxtiyar Mirzəyevdir. O, 1969-cu ildə Azərbaytcanın Yardımlı rayonunun Osyatır kəndində anadan olub.
 
Aydın