Rusiyanın ən qapalı oliqarxlarından biri sayılan İbrahim Süleymanov oktyabrın 2-nə keçən gecə Moskva Cinayət Axtarış İdarəsi tərəfindən saxlanılıb.
Qaynarinfo xəbər verir ki, ona qarşı adam öldürmə ittihamı irəli sürülüb.
1967-ci ildə Dağıstanda doğulan Süleymanov uzun illər kölgə biznesi elitasının üzvü kimi tanınıb və aviasiya biletlərinin dövlət rezervasiya sistemi "Sirrena-Travel” üzərində təsirə malik olub.
O, əvvəllər milyardlarla dəyərində dələduzluq, çirkli pulların yuyulması və qanunsuz silah saxlama ittihamları ilə həbs olunub, 2007-ci ildə 10 il 8 ay cəza alıb, lakin 2015-ci ildə azadlığa çıxıb.
Süleymanov həmçinin "YUKOS işi”nin fiqurantı Platon Lebedevin kürəkənidir. Ailəsi vasitəsilə iri şirkətlərə və strateji İT infrastruktura nəzarət etdiyi iddia olunur. Onun adı maliyyə maxinasiyaları, reket və həmkarlar ittifaqı lideri Gennadi Borisovun qətli ilə də hallandırılıb.
Hazırda Süleymanov barəsində yeni cinayət işi üzrə istintaq aparılır.
Şərhlər