Xəbər lenti

İcra nümayəndəsinə
Ekonomiks 14:15 03.10.2025

İcra nümayəndəsinə "stop" qoyuldu - DSMF-yə borcu var

Fizuli Rayon İcra Hakimiyyəti Başçısının Kərimbəyli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinə "stop" qoyulub. 

Qaynarinfo-nun məlumatına görə, bununla bağlı Şirvan Kommersiya Məhkəməsi qətnamə çıxarıb. 

İş materiallarından məlum olur ki, onun Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 2614,66 manat borcu olub. Borc ödənilmədiyinə görə Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsi məhkəməyə müraciət edib. 

Qurum ərizəsində borc ödənilənədək Həşim Səfərovun ölkədən çıxışının məhdudlaşdırılımasını istəyib. Məhkəmə də ərizəni təmin edib. 

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevdir. O, 2011-ci ildən rayona rəhbərlik edir. Alı Alıyevin Kərimbəyli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi isə Həşim Səfərovdur. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->