An-22 hərbi nəqliyyat təyyarəsi Rusiya Federasiyasının İvanovo bölgəsində qəzaya uğrayıb.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, təyyarənin göyərtəsində yeddi nəfər olub. Təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsusdur.
TASS-ın mənbəsi bildirib ki, qəza Uvodski su anbarı ərazisində baş verib, təyyarənin qalıqları suda tapılıb. Onun sözlərinə görə, An-22 təmirdən sonra planlaşdırılmış uçuş həyata keçirib.
Qəzaya uğrayan An-22 təyyarəsinin heyətinin öldüyü bildirilir. Axtarışlar davam edir.
"Təyyarə boş ərazidə qəzaya uğrayıb. Axtarış-xilasetmə qrupu heyət üzvlərinin taleyini müəyyən etmək üçün qəza yerinə uçub", deyə məlumatda bildirilir.
Aydın
Şərhlər