Xəbər lenti

Ölkə 12:26 16.05.2024

"Sabah"ın legioneri cəzalandırıldı, "Zirə"yə xəbərdarlıq edildi

AFFA İntizam Komitəsi (İK) "Sabah"ın futbolçusu Davit Volkovu ikisi şərti olmaqla dörd oyunluq cəzalandırıb.

Qaynarinfo xəbər verir ki, buna hücumçunun "Qəbələ"yə uduzduqları (0:2) Premyer Liqanın XXXIV turunun matçında birbaşa qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub.

Gürcüstanlı forvarda üç ay sınaq müddəti təyin edilib. Paytaxt təmsilçisi oyunçusunun hərəkətinə görə 3000 manat cərimələnib.

İK "Sumqayıt" klubuna isə 800 manat cərimə kəsib. Buna səbəb "gənclik şəhəri" təmsilçisinin "Səbail"a qalib gəldiyi (2:0) qarşılaşmadan sonra meydana kənar şəxslərin daxil olmasıdır.

İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXXIV turunda baş tutan "Zirə” - "Qarabağ” matçında yaşananlara görə meydan sahiblərinə xəbərdarlıq edib. Buna səbəb "Zirə” azarkeşlərinin 89-cu dəqiqədə hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsi olub.

Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA xəbərdarlıqla kifayətlənib. Sözügedən matçda 4 futbolçusu sarı vərəqə aldığına görə "Qarabağ” 700 manat cərimələnib.

XXXIV turun "Neftçi” – "Kəpəz” oyununda Şakir Seyidov 75-ci dəqiqədə ciddi qayda pozuntusuna yol verdiyinə və bu səbəbdən qırmızı vərəqə ilə meydandan qovulduğuna görə Gəncə klubu 1500 manat cərimələnib. Futbolçu isə iki oyunluq diskvalifikasiya edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->