Xəbər lenti

Sabiq icra başçısını oğluna aldığı
Ölkə 17:15 18.06.2026

Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ

İmişlinin 8 il 6 ay həbsə məhkum edilmiş sabiq icra başçısı Vilyam Hacıyevin müsadirə edilən daha bir əmlakı satılıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, söhbət onun əvvəl prokuror işləyən oğlu Məhəmməd Hacıyevə aldığı "Range Rover”dən gedir.

Məhkəmə həmin avtomobilin cinayət yolu ilə qazanılmış pullar hesabına alındığını təsdiq edəndən sonra maşın müsadirə edilmişdi.

Məhəmmədin "Range Rover”i əvvəl 56 min manata satışa çıxarılsa da, o qiymətə alıcı tapmayıb. Sonradan qiymət 14 min ucuzlaşaraq 42 minə salınıb. Yekun hərracda isə icra məmuru avtomobili 47 min 500 manata sata bilib.

Satışdan gələn pul dövlətə nəfinə keçəcək.

Qeyd edək ki, indi ucuz qiymətə verilən həmin "Range Rover”in əvvəl 100 min manata yaxın qiyməti var idi. Müsadirədən sonra isə Məhəmmədlə həyat yoldaşı bu avtomobilə görə məhkəməlik olub. Hacıyevin həyat yoldaşı iddia edirdi ki, "Range Rover” birgə evlilik dövründə alınıb, bu səbəbdən pay hüququ var. Lakin iddia qəbul edilməmişdi.
--> -->