Xəbər lenti

Ekonomiks 10:50 14.08.2023

Sahibkarlarla növbəti görüş Gəncə şəhərində keçiriləcək

SOCAR "Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Qaynarinfo xəbər verir ki, SOCAR "Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə "Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Gəncə şəhərində görüşü təşkil olunacaq. Aksiya Füzuli Parkının qarşısında baş tutacaq.

"Səyyar qəbul otağı” avqustun 16-da saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?