XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Samuxda yenə kütləvi zəhərlənmə oldu
Ölkə09:21 13.08.2026

Samuxda yenə kütləvi zəhərlənmə oldu

Samux rayonunda qidadan olduğu ehtimal edilən kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Alıuşağı kəndindən 5 nəfər Gəncə Abbas Səhət adına Birləşmiş Xəstəxananın infeksion xəstəliklər şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, həmin şəxslərin ət məhsulundan zəhərləndiyi ehtimal olunur. Zərərçəkənlərin Kəlbəcər, Daşkəsən və Gəncə şəhər sakinləri olduğu bildirilir.

Zəhərləndiyi iddia edilən Seymur Əliyev (1984), Elçin Cabbarov (1986), Mehriban Orucova, (1975), Azər Allahverdiyev (1980) Məlahət Allahverdiyeva (1976) xəstəxanaya yerləşdirilib

Faktla bağlı araşdırma başlanılıb.