Xəbər lenti

Ekonomiks 18:52 24.08.2023

Səfərbərlik Xidmətinin əməkdaşları narkotestdən keçiriləcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tələbatı üçün narkotestlərin və ləvazimatların satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Epidbiomed” MMC olub. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 499 730 AZN-dir. 

Qurum bu məbləğə 55 000 ədəd analiz qabı (steril), 55 000 ədəd tünd rəngli analiz qabı, 55 000 ədəd tibbi əlcək, 55 000 ədəd narkotest alacaq. 

Narkotestin alınması belə düşünməyə əsas verir ki, qurumun əməkdaşları testdən keçiriləcək.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->