Ölkə 23:35 21.05.2022

Səlcuq Bayraktar: "Təyyarələrdən sonra biz də gələcəyik"

"Təyyarələrdən sonra biz də tezliklə "Texnofest Azərbaycan"a gələcəyik".

Qaynarinfo xəbər verir ki, bunu tviter hesabında Türkiyənin "Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar yazıb. 

"Birinci təyyarə səhər getdi, ikinci yoldadır. Tezliklə biz də "Texnofest Azərbaycan"a gələcəyik", - deyə o qeyd edib. 

Qeyd edək ki, "Texnofest Azərbaycan” festivalı mayın 26-29-da keçiriləcək.