Böyük avtomobillər həm sərnişin, həm də əşyaların daşınması baxımından əlverişlidir. Onlar gündəlik ehtiyacları qarşılamaq üçün çox funksiyalı olsa da, bəzən yüksək qiymətə təklif olunurlar.
"What Car?" nəşrinin mütəxəssisləri sərfəli qiymətə olan, lakin iri ölçülü və işlənmiş 10 ən yaxşı avtomobil modelini müəyyənləşdiriblər. Onların fikrincə, bu nəqliyyat vasitələri böyük ailəyə sahib sürücülər üçün olduqca münasibdir.
Reytinqin lideri ikinci nəsil "Peugeot 5008" modeli olub. Ekspertlərin sözlərinə görə, bu krossover öz seqmentində bütün rəqiblərindən üstündür.
Nəşr qeyd edir ki, "Peugeot 5008" geniş və praktik interyeri, rahat idarəolunması, yumşaq asqı sistemi və yüksək etibarlılıq səviyyəsi ilə seçilir.
Ən yaxşı sərfəli iri avtomobillər:
1. "Peugeot 5008"
2. "Citroen Grand C4 SpaceTourer"
3. "Skoda Kodiaq"
4. "Audi Q7"
5. "Volvo XC90"
6. "Hyundai Santa Fe"
7. "Kia Sorento"
8. "Ford Galaxy"
9. "Volkswagen ID Buzz"
10. "Skoda Superb Combi"
Aydın
Şərhlər