Şimali Koreya artilleriya mərmilərinin istehsalını daha da artırmaq niyyətindədir.
Qaynarinfo "Yonhap" agentliyinə istinadən xəbər verir ki, Şimali Koreya rəhbəri Kim Çen In "müasir müharibə” ehtiyacları üçün mərmi istehsalının artırılması ilə bağlı göstəriş verib.
Lider bu bəyanatı hərbi sursat istehsal edən müəssisələrdən birinə etdiyi səfər zamanı verib. Bildirilib ki, həmin zavod 2025-ci ilin birinci yarısında modernləşdirilib. Kim Çen In müəssisənin imkanları ilə tanış olduqdan sonra mərmi istehsalının daha da genişləndiriləcəyini və möhkəmləndiriləcəyini vurğulayıb.
Qeyd olunub ki, Şimali Koreya yeni növ artilleriya mərmilərinin kütləvi istehsalına başlayacaq və bunun üçün avtomatlaşdırılmış istehsal xətləri tətbiq olunacaq. Kim Çen In bildirib ki, bu, milli müdafiə strategiyasının tələblərinə cavab vermək üçün vacibdir.
"Müasir müharibə tələblərinə uyğun yeni növ güclü mərmilərin istehsalı artırılmalıdır”, dövlət mediası Şimali Koreya liderinin sözlərini belə çatdırıb.
Aydın
Şərhlər