Xəbər lenti

Sərgən Yalçın açıqlaması: “Neftçi”nin “Beşiktaş” qədər maliyyəsi yoxdur”
İdman 17:11 20.06.2023

Sərgən Yalçın açıqlaması: “Neftçi”nin “Beşiktaş” qədər maliyyəsi yoxdur”

Son günlər Türkiyə futbolunun canlı əfsanəsi Sərgən Yalçının "Neftçi”yə baş məşqçi gətiriləcəyi, hətta keçmiş futbolçunun Bakı klubunun rəhbərliyi ilə danışıqlar aparması üçün Bakıya gəldiyi bildirilir. Maraqlıdır, "Beşiktaş”ın sabiq baş məşqçisi "Neftçi”yə nə verə biləcək?

Bu barədə sualı Azərbaycanın tanınmış sabiq futbolçularından olan Ceyhun Sultanov cavablandırıb. Bir neçə il əvvəl "Neftçi”də də fəaliyyət göstərmiş Sultanov Qaynarinfo-ya açıqlamasında bunları söyləyib:

"Bilmək olmaz Sərgən Yalçın gəlib burada o effekti verəcək, ya yox. Çünki Murad Musayev amili var. Onun haqqında "Gəlib "Sabah”a nə edə bilər?” kimi fikirlər var idi. İşini görmək üçün transferlərinə baxmaq lazımdır. Oyunçular hansı səviyyədə olacaq? Əlbəttə, "Neftçi”nin "Beşiktaş” qədər maliyyəsi yoxdur. Ona görə də Sərgənin gəlib Azərbaycanda nəticə verib-verməyəcəyi mənim üçün açıq qalır. Nəticə verə də bilər, verməyə də. Uğurlar arzulayıram, zaman göstərəcək”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->