Xəbər lenti

Səttar Möhbalıyev Aleksandr Korçaginə başsağlığı verdi
Ölkə 16:53 23.03.2024

Səttar Möhbalıyev Aleksandr Korçaginə başsağlığı verdi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Ümumhəmkarlar İttifaqları Konfederasiyasının prezidenti Aleksandr Korçaginə başsağlığı məktubu göndərib.

Qaynarinfo həmin məktubu təqdim edir:

"Hörmətli Aleksandr Viktoroviç!

Moskvadakı "Crocus City Hall” konsert zalında terror aktı nəticəsində çoxsaylı insan tələfatı və yaralananların olması xəbəri məni dərindən sarsıtdı.

Baş verən terror hadisəsini pisləyir, Sizə, eləcə də həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan həmkarlar ittifaqlarının üzvləri və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyirəm”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->