Xəbər lenti

İdman 10:32 26.12.2023

Səudiyyədə keçiriləcək Türkiyə Superkubokunun mükafatları müəyyənləşdi

"Qalatasaray"la "Fənərbağça" arasında Səudiyyə Ərəbistanında keçiriləcək superkubok matçı üçün ayrılacaq büdcə açıqlanıb.

Qaynarinfo-nun məlumatına görə, dekabrın 29-da Ər-Riyadda keçiriləcək qarşılaşma üçün ərəblər iki kluba ümumilikdə 3 milyon avro (108 milyon lirə) ödəyəcək.  Kuboku qazanacaq komandaya 2, finalda məğlub olana isə 1 milyon avro veriləcək. Bundan əlavə komandaların bütün xərcləri məhz Səudiyyə Ərəbistanı tərəfindən qarşılanacaq. 

İllərdir Superkubok ənənəsini davam etdirən Səudiyyə Ərəbistanında İtaliya və İspaniya klubları da bu səviyyədə matçlar keçirilir və iştirakçılara yüksək məbləğdə mükafatlar paylanılır.

2021-ci ildən bu ölkədə İspaniya Superkuboku dörd klubdan ibarət turnir formatında keçirilir. Hər il çempion olan klub beş milyon avro qazanır. 2029-cu ilə qədər Səudiyyə Ərəbistanında keçiriləcək İspaniya Superkubokuna görə bu ölkənin futbol federasiyasına da 40 milyon avro ödənilir. Həmçinin İtaliya Superkuboku da növbəti altı il ərzində Səudiyyə Ərəbistanında dörd turdan ibarət turnir formatında keçiriləcək. Dörd komandaya ümumilikdə 23 milyon avro veriləcək.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?