Xəbər lenti

Dünya 13:03 16.04.2024

Si Szinpin Ukraynadakı münaqişənin həlli üçün dörd prinsip irəli sürdü

Çin prezidenti Si Szinpin Pekində Almaniya kansleri Olaf Şolts ilə görüş keçirib. Söhbət zamanı digər məsələlərlə yanaşı, Ukraynadakı hərbi münaqişə və onun həlli üsulları ilə bağlı fikir mübadiləsi aparılıb. Hər iki tərəf BMT Nizamnaməsinin prinsiplərinə və nüvə silahından istifadənin və ya nüvə obyektlərinə hücumların qarşısının alınmasına sadiq olduqlarını bəyan ediblər. Si Szinpin həmçinin münaqişənin həllinə yanaşmağın zəruri olduğu dörd prinsipi formalaşdırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” yazır.

Çin lideri vurğulayıb ki, indiki vəziyyətdə münaqişənin genişlənməsinin və ya nəzarətdən çıxmasının qarşısını almaq lazımdır. Bu məqsədlə o, aşağıdakı prinsiplərə riayət etməyi təklif edib:

1) sülhə nail olmaq və şəxsi maraqlar güdməmək;

2) vəziyyətin gərginliyini azaltmaq və "atəşı qızışdırmamaq" üçün çalışmaq;
 
3) dinc danışıqlar üçün şərait yaratmaq və münaqişələrin daha da genişlənməsinin qarşısını almaq;

4) münaqişənin qlobal iqtisadiyyata mənfi təsirini minimuma endirmək və qlobal sənaye və təchizat zəncirlərinin sabitliyini pozmamaq.

"Çin böhranın sülh yolu ilə həllini təşviq etmək üçün bütün səyləri dəstəkləyir. ÇXR Rusiya və Ukrayna tərəfindən tanınan, bütün tərəflərin bərabər iştirakı və bütün dinc variantların ədalətli müzakirəsi ilə beynəlxalq sülh konfransının çağırılmasını dəstəkləyir. Biz bütün müvafiq tərəflərlə, o cümlədən Almaniya ilə əməkdaşlığı davam etdirməyə hazırıq”, - deyə Si bildirib. 

Qeyd edək ki, Şolts Çində üç günlük işgüzar səfərdədir. Bu, onun 2021-ci ilin dekabrında hakimiyyətə gəldikdən sonra ən uzun xarici səfəridir. Dünən "The Wall Street Journal” mənbələri iddia edib ki, Şolts Si Szinpini Rusiyaya iqtisadi dəstəyi azaltmağa və Rusiya hakimiyyətinə Ukraynadakı hərbi əməliyyatlarla bağlı sülh danışıqlarında iştirak etmək üçün təzyiq göstərməyə inandırmağı planlaşdırır. Qəzetin mənbələri əmin ediblər ki, Almaniya kansleri Çinin Rusiyanı Ukrayna sülh şərtləri ilə razılaşmağa məcbur edə biləcəyinə ümid edir. Bunlara 1991-ci il sərhədlərinin qaytarılması və təzminat və kompensasiyaların ödənilməsi daxildir

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?