Yaponiyanın yeni Baş naziri Sanae Takaiti seçilib.
Qaynarinfo xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
O, ölkə tarixində hökumətə rəhbərlik edən ilk qadın olub.
Ölkə parlamentinin aşağı palatasının deputatlarının əksəriyyəti onun seçilməsi üçün səs veriblər. Bildirilib ki, ona 465 səsdən 237-si verilib. Bu, ona səsvermənin birinci turunda qələbə qazanmağa imkan verib.
Takaitinin əsas rəqibi - Konstitusiya-Demokratik Partiyanın lideri Yoşihiko Noda 149 səs toplayıb.
Şərhlər