Azərbaycanda siqaret və siqarların istehsalında artım müşahidə edilib.
Valyuta.az xəbər verir ki, cari ilin ilk on ayında siqar və siqaretlərin istehsalında 705,3 milyon və ya 5,26% artım olub.
Cari ilin yanvar-oktyabr aylarında 14 milyard 90,4 milyon sözügedən məhsul istehsal olunub.
Ötən ilin müvafiq dövründə isə bu məhsullar üzrə istehsal 13 milyard 385,1 milyon olub.
Qeyd edək ki, noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 1003 milyon təşkil edib.
Şərhlər