İranın Türkiyəyə yönələn ballistik raketləri NATO sistemi tərəfindən məhv edildikdən sonra "S-400 niyə istifadə edilmədi?” sualı gündəmə gəlib.
Qaynarinfo xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) mövzu ilə bağlı açıqlama yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, ballistik raket aşkarlananda müdaxilə üçün vaxt çox qısa olduğundan, sistem ən uyğun və ən sürətli qarşısını alma vasitəsini avtomatik seçərək atəş açır.
Hava və raket müdafiəsi çox qatlı sistemlə həyata keçirilir
Nazirlik açıqlamasında qeyd edib ki, Türkiyənin hava və raket müdafiəsi çox qatlı bir sistem çərçivəsində idarə olunur. Ölkənin hava və raket müdafiəsi fəaliyyətləri, təhdid qiymətləndirmələri və əməliyyat ehtiyacları nəzərə alınaraq çox qatlı bir quruluşda həyata keçirilir. Bu çərçivədə ən uyğun müdafiə elementi, və mövcud əməliyyat vəziyyəti nəzərə alınaraq müəyyən edilir. Türkiyə NATO-ya inteqrasiya olunmuş hava və raket müdafiə sisteminin bir hissəsidir. Bu sistem erkən xəbərdarlıq sensorları, komanda və idarəetmə sistemi və qarşısını alma raketlərindən ibarətdir. Ballistik raket aşkarlananda müdaxilə vaxtı çox qısa olduğundan sistem ən uyğun və ən sürətli qarşısını alma vasitəsini avtomatik olaraq seçir. Ölkəmizə yönələn ballistik raket təhlükəsinə qarşı ən uyğun və effektiv müdafiə elementləri işə salınaraq raket uğurla məhv edilib,” – deyə nazirlik vurğulayıb.
Eyni zamanda, İsrail ilə İran arasında davam edən qarşılıqlı hücumlar zamanı Qaziantep şəhərinin Şahinbəy rayonuna bağlı Güneyşəhər məhəlləsində də havada məhv edilən raket parçaları bir inşaat sahəsindəki boş torpaq sahəsinə düşüb. Hadisədə xəsarət alan olmayıb, lakin əraziyə cəlb olunan jandarma qüvvələri geniş təhlükəsizlik tədbirləri görüb.
Bu hadisələrin ardından İranın Ankara səfiri Turkeynin Xarici İşlər Nazirliyinə çağırılaraq ölkənin reaksiyası və narahatlıqları çatdırılıb.
Digər tərəfdən, NATO-nun Patriot hava müdafiə sistemi Kürecik Radar Bazası yerləşdiyi Malatya bölgəsinə göndərməyə başladığı məlum olub.
NTV-nin əldə etdiyi məlumatlara görə, Patriot hava və raket müdafiə sistemi Almaniyadakı Ramstein Hava Bazasından yük təyyarələri vasitəsilə Türkiyəyə daşınır. Bataryanın bir neçə komponenti mərhələli olaraq Malatyaya çatdırılır və Patriot sisteminə aid bəzi parçalar NTV müxbirləri Melike Şahin və Cahit Kazan tərəfindən görüntülənib.
Türk Silahlı Qüvvələri, Türk hava sahəsinin qorunması məqsədilə yeni addımlar atdığını bildirərək, Milli Müdafiə Nazirliyi Malatyaya Patriot hava müdafiə sistemi yerləşdiriləcəyini açıqlamışdı.
Günay
Şərhlər