Xəbər lenti

Video 11:11 22.11.2025

"Soruşun, görün, vergi ödəyir?!" - Ev sahibi ustanı işlədib, pulunu vermədi

Paytaxt sakinlərindən biri gördüyü işin qarşılığını ala bilməməsi ilə bağlı narazılığını bildirib. Tərəflər arasında heç bir rəsmi müqavilə bağlanmadan, yalnız şifahi razılaşma əsasında həyata keçirilən işin yekununda vəd edilmiş məbləğ işçiyə ödənilməyib. Nəticədə, nə iş sahibi şikayətçini dinləyib, nə də işçi haqqı olan əməyin bəhrəsini görüb.

İqtisadçı Xalid Kərimli məsələyə münasibət bildirərək qanunvericiliyin bu məsələni tənzimlədiyini vurğulayıb:

"Qanun bunu tənzimləyir. Bu cür fəaliyyət xidmət müqaviləsi kimi rəsmiləşdirilməlidir. Xidməti göstərən şəxslər də, indi qrup şəklində gəlib təmir xidməti, tikinti xidməti göstərirlər. Onlar VÖEN almalıdırlar və ödənişlər də VÖEN əsasında bank hesablarına ödənməlidir".

Müqaviləsiz əmək münasibətləri sonradan hüquqi mübahisələrə səbəb ola, haqqını tələb edən vətəndaşın isə hüquqlarını sübut etməsini çətinləşdirə bilər.

Ətraflı Baku TV-nin videomaterialında:



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->