Xəbər lenti

Stavropolda Ukrayna dronları
Dünya 12:08 26.07.2025

Stavropolda Ukrayna dronları

Stavropolda gecə saatlarında dronlar radioelektron aparatların hazırlanması və istehsalı üzrə ixtisaslaşmış "Siqnal” radiozavoduna zərbə endirib. Zavod əsasən aviasiya və radioelektron mübarizə sistemləri üçün xüsusi təyinatlı texnika istehsal edir. Bu müəssisə beynəlxalq sanksiyalara məruz qalıb.
 
Qaynarinfo Unian-a istinadla xəbər https://www.unian.net/war/v-stavropole-drony-porazili-radiozavod-signal-chto-on-vypuskaet-13078581.html verir ki, səhər saat 5 radələrində azı dörd PUA Stavropolu hədəfə alıb.

Yerli sakinlərin bildirdiyinə görə, dronlar Mixaylovsk istiqamətindən uçaraq "Ağ şəhər” yaşayış kompleksinin üzərindən alçaq hündürlükdə keçib. Sənaye rayonunda partlayış səsləri eşidilib.

Zərbələr "Stilsoft” müəssisəsinə də dəyib. Bu müəssisə təhlükəsizlik sistemlərinin, xüsusi texnikanın və kosmik sistemlərin hazırlanması və istehsalı ilə məşğuldur.
Dron hücumları nəticəsində Vladiqafqaz və Qroznı hava limanlarında "Xalça” rejimi tətbiq edilib.

Qeyd edək ki, Ukrayna Rusiya ərazisində Vladimir Putinin hərbi maşını üçün çalışan müəssisələrə zərbələr endirir.

İyulun 13-də Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni zərbələrin hazırlandığını bəyan etmişdi.
Dünən isə Rusiya-Ukrayna müharibəsi veteranı, "Aydar” batalyonunun keçmiş rota komandiri Yevgeni Diki izah edib ki, Ukrayna dronları Moskvaya deyil, əsasən Rusiya hərbi potensialı üçün mühüm olan unikal müəssisələrə yönəlib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->