Ekonomiks 15:36 12.07.2022

Sumqayıtda avtobuslarda kondisioner işləmir - Səbəb nədir? (VİDEO)

Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən sərnişin avtobuslarında kondisioner işləmir.

Avtobusların bəzilərində ümumiyyətlə kondisioner yoxdur, bəzilərində isə kondisioner olsa da, sürücülər onu qoşmurlar.

Məsələyə münasibət bildirən Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Soltan Əsədov kondisionerlərin işlədilməməsi ilə bağlı günahı sürücülərdə görür.

Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə isə, hazırda Sumqayıtda 206 ədəd müasir standartlara cavab verən avtobus var. Qeyd olunub ki, ictimai nəqliyyatda sakinlərin rahat şəraitdə getmələrini təmin etmək məqsədilə reydlər keçirilir. Kondisionerlərdən istifadə etməyən sürücülərə xəbərdarlıq olunur.