Dünya 15:35 10.08.2022

“Taliban” və İran arasında yenidən toqquşma baş verdi - Ölən var

"Taliban” ilə İran sərhədçiləri arasında baş verən toqquşmada bir nəfər ölüb, bir nəfər yaralanıb.

Qaynarinfo bu barədə İranın Borna agentliyinə istinadən xəbər verir.

Qarşıdurmada bir İran əsgərinin həlak olduğu, daha bir əsgərin isə yaralandığı bildirilir.

"Barna”nın sözlərinə görə, taliblər sərhəd bölgəsi yaxınlığında İran sərhədçilərinin patrul avtomobilinə atəş açıb. 

"Taliban” sərhəd qüvvələri ilə İran sərhədçiləri arasında son iki ayda azı üç dəfə toqquşma olub və hər biri itki ilə nəticələnib.
 
Sonuncuda"Taliban” Nimroz sərhədində İran sərhədçiləri ilə toqquşma nəticəsində bu qruplaşmanın bir əsgərinin öldüyünü və daha bir nəfərin yaralandığını təsdiqləyib.

"Taliban” sərhədçilərinin qeyri-peşəkarlığını tənqid edən İran sərhəd rəsmiləri deyirlər ki, bu cür qarşıdurmaların səbəbi "Taliban” sərhəd qüvvələrinin sərhəd hududlarını  tanınmamasıdır.
 
M.Arif