Ölkə 20:15 20.03.2023

Talış kəndində 30 ildən sonra ilk dəfə bayram tonqalı yandırıldı

Tərtərin Talış kəndinə qayıdan ailələr 30 ildən sonra ilk dəfə bayram tonqalı yandırıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, öz ata-baba yurduna qayıdan kənd sakinləri bayramı coşqu ilə qeyd ediblər.

Qeyd edək ki, "Böyük Qayıdış" proqramı çərçivəsində Zəngilan rayonunun Ağalı kəndindən sonra Novruz bayramı ərəfəsində - martın 16-da Tərtər rayonunun Talış kəndinə də məcburi köçkün ailələrinin köçürülməsi təmin edilib.

İlkin mərhələdə 20 məcburi köçkün ailəsi köçürülüb.