Xəbər lenti

Tarantino ən yaxşı 3 filmini açıqladı: Doğulma səbəbim, zirvəm və qəlbim...
Sənət 23:59 18.08.2025

Tarantino ən yaxşı 3 filmini açıqladı: Doğulma səbəbim, zirvəm və qəlbim...

Amerikalı rejissor və ssenarist Kventin Tarantino şəxsi yaradıcılığının ən dəyərli işlərini açıqlayıb və niyə yeni layihədən imtina etdiyini izah edib.

Qaynarinfo xəbər verir ki, "The Church of Tarantino" podkastında ikiqat Oskar mükafatı laureatının sözlərinə görə, onun sevimli filmi "Bir zamanlar... Hollivudda"dır. Özünün ən yaxşı işi kimi "Şərəfsizlər dəstəsi"ni qiymətləndirib, "Kill Bill"i isə yalnız özü çəkə biləcək film adlandırıb:

"Düşünürəm ki, "Kill Bill" mənim doğulma səbəbim olan filmdir. "Şərəfsizlər dəstəsi" mənim zirvəmdir, amma "Bir zamanlar... Hollivudda" qəlbimdir", deyə Tarantino vurğulayıb.

Ssenarilər barədə danışarkən rejissor əlavə edib ki, ən güclü mətni "Şərəfsizlər dəstəsi"dir. Onun fikrincə, "Nifrətlilər səkkizliyi" və "Bir zamanlar... Hollivudda" da ən yaxşı işlər sırasındadır. Xüsusilə "Nifrətlilər səkkizliyi"ni rejissorluq baxımından ən uğurlu işi hesab etdiyini bildirib.

Niyə yeni filmə başlamadı?

Tarantino sevimli əsəri olmasına baxmayaraq, "Bir zamanlar... Hollivudda"nın davamını çəkmək istəməyib. "Netflix" üçün nəzərdə tutulan "Kli̇ff Butun sərgüzəştləri" filmini rejissor Devid Finçer ekranlaşdıracaq. Tarantinonun sözlərinə görə, onun sonuncu filmi tanış hekayənin davamı yox, yeni və naməlum istiqamət olmalıdır: "Son filmim məni bilinməzliyə aparmalıdır. Yenidən nə etdiyimi bilməməliyəm".

Bundan başqa, Tarantino uzun illərdir müzakirə edilən "Kinotənqidçi" layihəsindən də imtina etdiyini təsdiqləyib. O bildirib ki, bu film əvvəlki işlərini çox xatırladır və yaradıcılıq baxımından yeni çağırış təqdim etmir.

Tarantinonun kinematoqrafiya yolu

Los-Ancelesdə böyüyən Tarantino gənclik illərində videoprokatda işləyərək yüzlərlə film izləyib. Onun rejissor debütü 1992-ci ildə "Quduz itlər” filmi ilə olub. İki ildən sonra isə "Kriminal qiraət” ona həm Qızıl Palma Budağı, həm də Oskar qazandırıb və dünya şöhrəti gətirib.

Tarantinonun filmləri qeyri-xətti süjet quruluşu, uzun dialoqlar, qara yumor, parlaq zorakılıq səhnələri və kino tarixinə istinadlarla seçilir.

Ən məşhur filmləri bunlardır:

* "Quduz itlər” (1992)
* "Kriminal qiraət” (1994)
* "Ceki Braun” (1997)
* "Kill Bill” (2003–2004)
* "Ölüm sübutu” (2007)
* "Şərəfsizlər dəstəsi” (2009)
* "Canqo azad oldu” (2012)
* "Nifrətlilər səkkizliyi” (2015)
* "Bir zamanlar... Hollivudda” (2019)

Rejissor iki dəfə Oskar, Qızıl Palma Budağı, BAFTA və Qızıl Qlobus mükafatları qazanıb. O dəfələrlə bildirib ki, yalnız 10 tammetrajlı film çəkəcək və karyerasını zirvədə tamamlayacaq. Hazırda onun film siyahısında doqquz iş var, sonuncu layihə isə hələ də sirr olaraq qalır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->