Xəbər lenti

Ölkə 16:34 25.10.2022

Təhsilə ayrılan vəsait artırıldı: "Xərclənilməsinə ciddi nəzarət olunmalıdır"

"Hesab edirəm ki, hər il təhsilə ayrılan maliyyə vəsaitinin artırılması təqdirəlayiqdir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov 2023-cü ilin dövlət büdcəsində təhsil sektoruna 4,4 milyard manatın ayrılmasından danışarkən deyib.
 
Deputat bildirib ki, bu daha çox tələbələrin ödənişsiz əsaslarla təhsil almasına, kredit ödənişlərinə sərf olunacaq və universitetlərin bazasının gücləndirilməsinə yönləndiriləcək:
 
"Bu baxımdan vəsaitin artırılması önəmlidir. Eyni zamanda hesab edirəm ki, bu vəsaitlərin xərclənilməsinə ciddi nəzarət olunmalıdır. Bu vəsaitlərin xərclənməsi dövlət qurumlarının tam diqqətində olmalıdır. Təhsil sektorunda da islahatlar sürətləndirilməlidir”.

Deputat bu gün təhsil sektorunda bir sıra problemlərin olduğunu vurğulayıb:
 
"Onlar tez bir zamanda həllini tapmalıdır. Bu gün dünyada çox ciddi proseslər gedir. Hesab edirəm ki, mövcud problemləri aradan qaldırmalıyıq. Dövlətin təhsilə yüksək qayğısı var. Hər il dövlət büdcəsi artırılmalıdır ki, biz qarşımıza qoyduğumuz məqsədimizə çataq”.

Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri nəzərdə tutulub. Bu 2022-ci illə  müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz çoxdur.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->