Xəbər lenti

Ölkə 11:23 06.02.2024

Tərtərdə heyvan otararkən minaya düşən şəxs universiteti fərqlənmə ilə bitiribmiş (FOTO)

2 gün əvvəl Tərtər rayonunda Həsənəli Əlizadə minaya düşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan universitetləri səhifəsi məlumat yayıb.

Bildirilib ki, BDU-nun 2022-ci il Politologiya ixtisasının məzunu Həsənəli Əlizadə minaya düşüb.

Hadisə heyvan otararkən hadisə baş verib.

Həsənəli BDU-nu ortalama 90+ balla fərqlənmə diplomu ilə bitirib.

O, Polşanın Varşava Dövlət Universitetinə təqaüdlə qəbul alsa da, təhsilini davam etdirməyib.

Həsənəlinin sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->