Xəbər lenti

Teymur Elçin küçəsində 370 metr su xətti yenisi ilə əvəzləndi (FOTO/VİDEO)
Video 16:12 02.02.2026

Teymur Elçin küçəsində 370 metr su xətti yenisi ilə əvəzləndi (FOTO/VİDEO)

Bakı şəhəri üzrə su təchizatı infrastrukturunun müasirləşdirilməsi, sakinlərin fasiləsiz, keyfiyyətli və təhlükəsiz içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin tabeliyində olan "Sutikinti” MMC Səbail rayonunda növbəti layihə icra edib. 

Layihə mövcud su şəbəkəsinin yenilənməsi, istismar müddətini başa vurmuş xətlərin əvəzlənməsi və xidmət keyfiyyətinin artırılmasına yönəlib.

Səbail rayonu, Teymur Elçin küçəsində su xətti diametri 114 millimetr, uzunluğu 370 metr polad borularla əvəzlənərək istismara verilib. Ərazidə yerləşən binaların su şəbəkəsinə 70 metr uzunluğunda 18 birləşmə qoşulub.

Təhlükəsizlik və dayanıqlığın artırılması məqsədilə 2 yanğın hidrantının yeri dəyişdirilib, 3 siyirtmə, 2 havaburaxıcı qurğu quraşdırılıb. Bütün işlər müasir texniki norma və tələblərə uyğun icra olunub. 

Yenilənmiş infrastruktur su itkilərinin qarşısının alınmasına, şəbəkənin istismar dayanıqlığının artırılmasına, əhalinin gündəlik tələbatının etibarlı şəkildə ödənilməsinə imkan yaradır.
--> -->