Xəbər lenti

Ölkə 15:00 08.08.2025

"Tibbi təhsili yoxdur, lakin həkimdir" - Onkoginekoloq Turanə Nəsibovadan şikayət

"Atlas Medical Center"də fəaliyyət göstərən onkoginekoloq Turanə Nəsibovanın tibbi təhsili olmadığı iddia olunub.

Bu barədə Oxu.Az-a ünvanlanan şikayətdə qeyd edilib.

Bildirilib ki, sözügedən şəxsin tibbi fəaliyyət göstərə bilməsi üçün nəinki ali, heç orta ixtisas təhsili də yoxdur.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib ki, Azərbaycan Respublikasında praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququ olan həkimlər və orta tibb işçiləri barədə məlumatlar Səhiyyə Nazirliyinin "Tibb kadrlarının vahid reyestri"ndə əks olunur. Sözügedən reyestrdə Turanə Nəsibova ilə bağlı hər hansı məlumat yer almır.

Onkoginekoloq Turanə Nəsibova və "Atlas Medical Center" ilə əlaqə saxlamağa çalışsaq da, telefonumuza cavab verən olmadı.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->