Xəbər lenti

Aygül Abdullayeva baş katib təyin edildi (FOTO)
Foto 14:06 08.08.2025

Aygül Abdullayeva baş katib təyin edildi (FOTO)

Azərbaycan Taekvondo Federasiyasının (ATF) yeni baş katibinin adı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu vəzifə Aygül Abdullayevaya həvalə edilib. O, bu postda bir müddət öncə ATF ilə vidalaşan Rüstəm Bağırlını əvəzləyib.

Abdullayeva yeni vəzifəsində artıq təqdimat da keçirib. O, deflimpiya üzrə taekvondo milli komandasının məşqçi heyətini komanda ilə tanış edib. Elmir Fərəcov yığmada baş məşqçi, Rauf Rəhimov isə böyük məşqçi funksiyasını yerinə yetirəcək.

Görüşdən sonra deflimpiya üzrə milli komandanın ilk rəsmi məşqi keçirilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->