Xəbər lenti

Timoşenkoya "Şöhrət", Abiyevə “Vətənə xidmətə görə” ordeni verildi
Siyasət13:56 24.11.2022

Timoşenkoya "Şöhrət", Abiyevə “Vətənə xidmətə görə” ordeni verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vladimir Vasilyeviç Timoşenko "Şöhrət” ordeni ilə təltif edilib.
Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 24-də bununla bağlı sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasında idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ağacan Qulam oğlu Abiyev 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.