Xəbər lenti

Timsahların yaşadığı çay Olimpiya yarışları üçün təsdiqləndi
İdman 15:50 24.10.2025

Timsahların yaşadığı çay Olimpiya yarışları üçün təsdiqləndi

2032-ci ildə Avstraliyada keçiriləcək Yay Olimpiya Oyunlarında avarçəkmə yarışlarının timsahların yaşadığı çayda təşkil olunması ehtimalı böyükdür. 

Qaynarinfo xəbər verir ki, bu barədə Avstraliyanın ABC nəşri məlumat yayıb.

Kvinslend ştatındakı Rokhempton şəhəri yaxınlığında yerləşən Fitsroy çayı bu ilin mart ayında 2032 Olimpiadası üçün avarçəkmə yarışlarının keçirilmə məkanı kimi təklif edilmişdi. Lakin bu qərar beynəlxalq və milli idman qurumlarının etirazına səbəb olmuşdu.

Bu həftə məlum olub ki, çay Olimpiya Oyunlarının İnfrastruktur və Koordinasiya üzrə Müstəqil Qurumunun ilkin texniki yoxlamasından keçib və standartlara cavab verir.

Kvinslend ştatının senatoru Mett Kanavan bildirib: "Artıq 2032-ci ildə avarçəkmə yarışlarının burada keçirilməsi üçün yaşıl işıq yandırılıb. Bütün məlumatlar toplanıb – artıq heç bir maneə yoxdur".



ABC-nin məlumatına görə, yoxlama əsasən çayın texniki göstəricilərini – axın sürətini və dərinliyini əhatə edib. Bu arada, Ümumdünya Avarçəkmə Federasiyası da öz müstəqil qiymətləndirməsini aparır, lakin nəticələr hələ açıqlanmayıb.

Kvinslendin baş naziri Devid Krisafulli isə daha əvvəl bildirmişdi ki, çaydakı timsah populyasiyası məsələsi də qiymətləndirmə zamanı nəzərə alınacaq.

Fitsroy çayının reputasiyası qarışıqdır. Bir tərəfdən, burada uzun illərdir Avstraliya avarçəkmə yığması məşq edir, digər tərəfdən isə çayda həqiqətən timsahlar yaşayır. Bununla belə, idmançılarla timsahların qarşılaşması gözlənilmir, çünki timsahlar əsasən çayın mənsəbinə yaxın ərazilərdə olur, avarçəkmə zonası isə Rokhempton şəhəri yaxınlığında yerləşən su anbarında – aşağı axından kiçik bir bəndlə ayrılmış hissədə yerləşir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->