Xəbər lenti

Ölkə 20:20 10.01.2023

Tofiq Yaqublu müayinə olunacaq (AÇIQLAMA)

Altı gündür ki, aclıq aksiyası keçirən Tofiq Yaqublunun müayinə edilməsinə icazə verilib.

Qaynarinfo xəbər verir ki, bu barədə onun vəkili Nemət Kərimli məlumat verib.

Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında Tofiq Yaqubluya tibbi yardım göstərməyə hazır olduğunu deyib. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunan Tofiq Yaqublu 30 sutkalıq inzibati qaydada həbs olunub.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->