Xəbər lenti

Ölkə 18:25 11.01.2023

Tofiq Yaqublu xəstəxanaya yerləşdirildi

Müsavat Partiyasının inzibati həbsdə olan üzvü Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə qızı Nigar Həzi Facebook hesabında paylaşım edib.

Onun sözlərinə görə, T.Yaqublu Ə.D. Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Tofiq Yaqublu dekabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xuliqanlıq) əsasında Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub.

Əlavə edək ki, bu gün tanınmış həkim Adil Qeybulla təcridxanada Tofiq Yaqublu ilə görüşmüşdü. Həkim onun səhhətini nəzərə alaraq xəstəxanaya köçürülməsinin vacibliyini qeyd etmişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->