Xəbər lenti

Torpaq vergisi bəyannaməsinin təqdim olunması müddəti dəyişdi
Ölkə 15:12 29.01.2026

Torpaq vergisi bəyannaməsinin təqdim olunması müddəti dəyişdi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti torpaq vergisi bəyannaməsinin təqdim olunması müddətini dəyişib.

Qaynarinfobu barədə quruma istinadən xəbər verir.

Xatırladaq ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, torpaq vergisi üzrə bəyannamələrin təqdim edilməsi müddəti müəyyənləşdirilib.

Məcəllənin 208.2-ci maddəsinə uyğun olaraq, müəssisələr torpaq vergisini torpaq sahələrinin ölçüsünə və tətbiq olunan vergi dərəcələrinə əsasən, illik qaydada hesablayırlar. Hesablanmış torpaq vergisi üzrə bəyannamə hesabat ilindən sonrakı ilin yanvarın 31-dən gec olmayaraq müvafiq vergi orqanına təqdim edilməlidir. Bu il 31 yanvar tarixi iş günü olmadığına görə, hesabatın təqdim olunması müddəti həmin tarixdən sonrakı birinci iş gününə qədər, yəni fevral ayının 2-nə qədər artırılıb.
--> -->