Xəbər lenti

Tramp ABŞ-ın sülh planına görə Zelenskini tənqid etdi:
Video 12:24 08.12.2025

Tramp ABŞ-ın sülh planına görə Zelenskini tənqid etdi: "Məyus oldum"

ABŞ prezidenti Donald Tramp, Ukrayna ilə Rusiya arasında müharibənin bitirilməsi üzrə danışıqlarda növbəti addım barədə suala cavab verərkən Volodimir Zelenskini tənqid edib və iddia edib ki, Ukrayna prezidenti hələ də ABŞ-ın sülh planı ilə tanış olmayıb.

Qaynarinfo xəbər verir ki, jurnalistlərlə ünsiyyət zamanı Tramp bildirib ki, ABŞ nümayəndələri həm Vladimir Putin, həm də Volodimir Zelenski ilə əlaqə saxlayıblar.

"Deməliyəm ki, prezident Zelenskinin hələ də təklifi oxumamasına bir qədər məyus olmuşam. Bu, bir neçə saat əvvəl belə idi”, – deyə ABŞ prezidenti bildirib.
O həmçinin qeyd edib ki, görünür, Rusiya sülh sazişini qəbul etməyə hazırdır və Zelenskinin komandası bu planı "bəyənib”. Amma Zelenskinin özünün razı olub-olmadığını bilmir.

"Onun komandası təklifi bəyənir. Amma o hələ onu oxumayıb. Rusiya tamamilə razıdır. Rusiya, görünür, bütün ölkəni almaq istəyərdi. Amma Rusiya, bildiyimə görə, sülh planına qarşı deyil. Bəs bu, Zelenskiyə uyğundurmu – əmin deyiləm. Komandası təklifi bəyənir, amma o hələ də onu oxumayıb”, – Tramp deyib.

Kreml bildirib ki, Vladimir Putin ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüş zamanı Ukraynada müharibənin dayandırılması üzrə Amerika planını rədd etməyib. Dmitri Peskovun sözlərinə görə, tərəflər ilk birbaşa fikir mübadiləsi aparıb, bu zaman bəzi təkliflər qəbul edilib, bəziləri isə qəbuledilməz sayılıb — Peskov bunu "kompromis axtarışı üzrə iş prosesi” adlandırıb.

Bu vaxt Avropa liderləri Ukrayna prezidenti Volodimir Zelenskiyə ABŞ təhlükəsizlik zəmanətləri verməyənə qədər Rusiyanın tələblərinə razılıq verməməyi tövsiyə ediblər. Bununla yanaşı, Avropanın Ukraynanın tərəfdaşları arasında Ukraynanın sülhə nail olmaq üçün bəzi ərazi güzəştlərinə getməyə məcbur olacağı anlayışı güclənir. Bunun, guya, "daha kiçik şər” kimi qəbul ediləcəyi bildirilir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->