ABŞ prezidenti Donald Tramp prezident vəzifəsinə başladıqdan sonra ilk dəfə olaraq gəlir bəyannaməsini təqdim edib.
Qaynarinfo xəbər verir ki, "Reuters” agentliyinin məlumatına görə, Tramp 600 milyon dollardan çox gəliri kriptovalyutadan, qolf-klublardan və adını daşıyan müxtəlif məhsulların – Bibliyalardan tutmuş qol saatlarınadək – satışından əldə
edib.
Ümumilikdə, Trampın təqdim etdiyi maliyyə sənədlərində onun azı 1,6 milyard dollar həcmində aktivlərə malik olduğu göstərilir. Sənəddə konkret dövr göstərilməsə də, ehtimal olunur ki, hesabat 2024-cü ilin sonunadək olan dövrü əhatə edir.
Məlumata görə, Tramp World Liberty adlı ailəvi kripto-startapından 57,35 milyon dollar gəlir əldə edib və bu layihədə 15,75 milyard ədəd idarəetmə tokeninə sahib olduğunu qeyd edib.
Trampa məxsus üç qolf kurortu – Jupiter, Doral və West Palm Beach, eləcə də Mar-a-Lago şəxsi klubu ən azı 217,7 milyon dollar qazanc gətirib.
Bundan əlavə, Tramp:
•Vyetnam layihəsindən 5 milyon dollar lisenziya haqqı,
•Hindistandakı layihədən 10 milyon dollar inkişaf haqqı,
•Dubay layihəsindən isə 16 milyon dollara yaxın licenziya gəliri əldə edib.
Tramp həm də müxtəlif brendləşdirilmiş məhsullardan royalti gəlirləri əldə edib:
•1,3 milyon dollar – "Greenwood Bibliyası”ndan (bu kitab saytında "Li Qrinvud və prezident Tramp tərəfindən rəsmi təsdiqlənmiş yeganə Bibliya” kimi təqdim olunur),
•2,8 milyon dollar – Trump Watches (Tramp qol saatları),
•2,5 milyon dollar – Trump Sneakers and Fragrances (Tramp idman ayaqqabıları və ətirləri) satışından gələn royalti.
Bu göstəricilər Trampın biznes fəaliyyətinin prezidentliyi dövründə də aktiv şəkildə davam etdiyini və əhəmiyyətli gəlirlər gətirdiyini ortaya qoyur.
Alpər
Şərhlər