Xəbər lenti

Tramp niyə Zelenskinin Alyaska görüşündə iştirakına qarşı çıxıb?
Dünya 13:25 14.08.2025

Tramp niyə Zelenskinin Alyaska görüşündə iştirakına qarşı çıxıb?

ABŞ prezidenti Donald Tramp danışıqların pozulacağı qorxusuna görə Ukrayna prezidenti Volodimir Zelenskinin Alyaskada iştirakına qarşı çıxıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” yazır.

Nəşrin qeyd etdiyinə görə, ilkin mərhələdə Avropa rəsmiləri Alyaskadakı görüşdə birbaşa təmsilçilik əldə etməyə çalışırdılar. Həmin görüşdə ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edəcəkdilər. Avropalılar NATO baş katibi Mark Rütte və ya başqa bir Avropa liderinin, həmçinin Zelenskinin namizədliyini irəli sürürdülər.

"Lakin Mers və Tramp arasında telefon danışıqlarından sonra avropalılar bu tələbdən imtina edərək, ictimai şəkildə Zelenskini Putinlə hər hansı danışıqlarda iştirak etməyə çağırıblar. Məsələ ilə tanış olan şəxslərin sözlərinə görə, Tramp, Zelenskinin başlanğıc mərhələdə iştirakı danışıqları poza bilər deyə narahatlığını ifadə edib", deyə WSJ yazır.

Bununla yanaşı, konfransı təşkil edən alman rəsmilərinin sözlərinə görə, Tramp razılaşıb ki, Putinlə görüşdən sonra əvvəlcə Zelenskini, sonra isə çərşənbə günü görüşdə iştirak edən Avropa liderlərini məlumatlandırsın.

Xatırladaq ki, bundan əvvəl "The Telegraph" yazmışdı ki, Tramp, böyük ehtimalla, sülh müqabilində Putinə Alyaska və Donbas resurslarını təklif edəcək.

Həmçinin, KİV-in məlumatına görə, ABŞ vitse-prezidenti Cey Di Vens Zelenski və Avropa müttəfiqlərinə Vaşinqtonun Ukrayna və ya Avropa olmadan Rusiyayla müharibənin başa çatdırılması barədə danışıqlar aparmayacağına zəmanət verib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->